Cəmiyyət

Azərbaycandan İstanbula aviareyslərin sayı artırılıb

7 Aprel 2014 14:06
0 Şərh     Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncə-İstanbul aviareysi həftədə 6 gün həyata keçiriləcək.

Türk Hava Yollarının (THY) Gəncə nümayəndəliyindən APA-ya verilən məlumata görə, İstanbul-Gəncə-İstanbul istiqamətində uçuşları təşkil edən "Onur Air" aviaşirkətin fəaliyyətinin dayanması nəticəsində THY-dən istifadə edənlərin sayı artıb. Bunu nəzərə alan şirkət sözügedən istiqamətdə uçuşların sayını artırıb.
 
Məlumata görə, əvvəllər uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri həyata keçirilirdisə də, aprelin 1-dən etibarən həftənin çərşənbə və cümə günləri də uçuşlara başlanılıb.
 
Nümayəndəlikdən bildirilib ki, çərşənbə, cümə və bazar günləri İstanbul-Gəncə-İstanbul uçuşları birbaşa, çərşənbə axşamı, cümə axşamı, şənbə günləri isə Gəncə-İstanbul birbaşa, İstanbul Gəncə isə Naxçıvana enməklə həyata keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.