Cəmiyyət

Azərbaycanda 4 yaşlı uşaq su kanalında boğularaq öldü

7 Aprel 2014 13:53
0 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıtda azyaşlı uşaq su kanalında bataraq ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində çirkab su kanalında ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təxminən 10 km məsafədə, nəzarət olunmayan ərazidə) 2009-cu il təvəllüdlü Mahir Eynur oğlu İsmayılov batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.İsmayılovun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:21-də başa çatıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.