Cəmiyyət

Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?

7 Aprel 2014 12:44
0 Şərh     Baxış: 2 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanının nəticələrini yaxın günlərdə elan edəcək.

Trend komissiyanın saytına istinadən məlumat verir ki, imtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Mingəçevr, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Qubada ümumilikdə 62 binada təşkil olunub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib. İlkin statistik məlumatlara əsasən, imtahanda 49000-dən artıq abituriyent iştirak edib.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı prosesi aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.