Cəmiyyət

Bütün Bakı bu hadisədən danışır

7 Aprel 2014 12:17
1 Şərh     Baxış: 1 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qızın sevgilisinin keçmiş sevgilisi Facebook-da başına belə oyun açdı

Paytaxtda bir vaxtlar sevgili olduğu oğlanı qısqanan xanım onun yeni sevgilisinə qarşı sosial şəbəkədə intim xidmət təklif edən facebook hesabı açıb.

Milli.Az xəbər verir ki, bu maraqlı hadisə barədə Movqe.az-a danışan "Qadın Krizis Mərkəzi" nin rəhbəri Mətanət Əzizova son vaxtlar sosial şəbəkələrdə bu cür profillərin açılması hallarınınn artdığını söyləyib:

"Bu hadisə ilə bağlı bizə məlumat verən xanım bildirib ki, hazırda sevgili olduğu oğlanın keçmiş sevgilisi onun şəklini Facebook-da yerləşdirərək mobil nömrəsini də sosial şəbəkədə yazıb. Fotonun altından isə seks xidməti təklif etdiyi, maraqlananların həmin nömrə ilə əlaqə saxlamalı olduğu qeyd olunur. Həmin xanım evdə oturarkən ona çoxsaylı zənglərin gəldiyini, artıq bu cür təkliflərdən zinhara gəldiyini söyləyirdi. Ona cinsi münasibət məqsədilə zəng edən şəxslərdən nömrəni necə əldə etdiklərini soruşanda bəlli olub ki, əlaqə nömrəsi fotosu ilə birlikdə sosial şəbəkədə yerləşdirilib. Həmin xanım bir müddət mobil nömrəsini bağlamaqla bu zənglərdən xilas olsa da, həmin Facebook hesabını bağlatdırmağa nail ola bilməyib. Araşdırmalar zamanı bəlli olub ki, bu hərəkəti onun sevgilisinin keçmişdə sevdiyi qız qısqanclıq zəminində edib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.