Cəmiyyət

Azərbaycanlı iş adamı qaraciyərini anasına verir - FOTO

7 Aprel 2014 11:46
2 Şərh     Baxış: 2 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı iş adamı, tanınmış şirkət direktoru Hacı Quliyev təcili Türkiyəyə yola düşməli olub

Milli.Az-ın məlumatına görə, şou-biznesdə bir çox müğənnilərin dostu kimi tanınan iş adamı H.Quliyevin Türkiyəyə səfərinin məqsədi qaraciyərindən əziyyət çəkən anasına yardım etməkdir:

"Beş ilə yaxındır ki, anam qaraciyər xəstəsidir. Bu məqsədlə Türkiyəyə gəlmişik. Anam Türkiyənin tanınmış klinikasında müayinə olundu. Həkimlər onu müayinə etdikdən sonra bildirdilər ki, təcili qaraciyər köçürülməlidir. Buna görə də ilk olaraq Bakıda məni donor olaraq müayinədən keçirdilər.

Müayinədən sonra məlum oldu ki, mənim qaraciyərim anam üçün yararlıdır. Əməliyyat mənim üçün çox risklidir. Amma düşünürəm ki, anam üçün riskə girməyə dəyər. Onun yenidən bu həyata qayıtmasında bir payım olduğuna görə çox xoşbəxt olaram. Artıq həftənin 3-cü günü əməliyyata girəcəyik. Əməliyyata ilk olaraq mən, iki saat sonra isə anam girəcək. Əməliyyat isə 15 saat çəkəcək. Bu əməliyyatda yalnız sizlərin duasına ehtiyacım var", - Hacı Quliyev bildirib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.