Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların bir qisminin kəsilməsi və burada tikinti işlərinin aparılacağı barədə yayılan məlumatlara rəsmi aydınlıq gətirib.
Mərkəzi Nəbatat Bağından Trend-ə bildirilib ki, ərazidə ağacların kəsilərək daşınması və tikinti işlərinin aparılacağı barədə deyilənlərin heç bir əsası yoxdur. Yalnız yenidənqurma məqsədilə Mərkəzi Nəbatat Bağındakı ağacların bir qismi bağın digər hissələrinə köçürülüb və artıq əkilib. Ağacların köçürüldüyü ərazinin sahəsi yarım hektardan çox deyil: "Həmin ərazidəki bitkilər kəsilərək bağdan çıxarılmayıb. Orada tədqiqat işləri ilə əlaqədar yenidənqruma işlərinin aparılması gözlənilir".
Bağdan qeyd edilib ki, ərazidəki ağacların bağın başqa hissələrinə köçürülməsinin səbəbi isə həmin ərazidə yerin altından kommunikasiya xətlərinin keçməsi və elektrik naqillərinin olmasıdır. Həmin ərazidəki ağaclar böyük olduğundan kommunikasiya xətləri onların köklərinin inkişafına mane olub. Bu səbəbdən də ağacların inkişafı üçün lazımi şərait yaranmayıb: "Bağın rəhbərliyi də bunu nəzərə alaraq, ərazidəki ağacları başqa yerə köçürməklə həmin ərazini sırf tədqiqat məqsədilə istifadə edəcək. Orada kökləri daha dərin olmayan bitkilərin əkilməsi nəzərdə tutulur. Ağacların kökləri böyük olduğundan onları əl ilə çıxarmaq mümkün olmazdı. Ona görə də ağacları traktor çıxarıb. Ağaclara müəyyən zədələr dəysə də, bu, o qədər də qorxulu olmayıb".
Qeyd edək ki, son günlər Mərkəzi Nəbatat Bağındakı ağacların kütləvi şəkildə kəsilməsi ilə əlaqədar informasiyalar yayılıb.
Milli.Az
Cəmiyyət
Mərkəzi Nəbatat Bağı ərazisindəki ağacların kəsilməsinə rəsmi aydınlıq gətirildi
7 Aprel 2014 11:26
Baxış: 2 445
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar