Cəmiyyət

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

7 Aprel 2014 09:15
0 Şərh     Baxış: 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Anspress-ə istinadən aprelin 7-da baş verən əlamətdar hadisələrə nəzər salır.

Miladi: 07 aprel 2014
Hicri: 07 cəmaziul-axir 1435

İlin 97-ci günü
İlin sonuna 268 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.01
Günəş - 07.13
Zöhr - 13.46
Əsr - 17.55
Məğrib - 20.25
İşa - 21.46

1521-ci ildə Səyyah Ferdinand Magellan Cibi adasına çatdı.

1712-ci ildə Nyu-Yorkda qullar üsyanı başladı.

1795-ci ildə Fransada metr vahid uzunluq ölçüsü olaraq qəbul edildi.

1827-ci ildə ingilis kimyagər Con Valkerin kəşf etdiyi kibrit İngilətərə bazarlarında satılmağa başladı.

1904-cü ildə yazıçı dramaturq Nəcəf bəy Vəzirov anadan olub.

1906-cı ildə Azərbaycanın ilk satirik jurnalı olan, Cəlil Məmmədquluzadənin rəhbrəlik etdiyi "Molla Nəsrəddin" jurnalının ilk sayı Tbilisidə çapdan çıxıb.

1906-cı ildə Vezuvi vulkanının püskürməsi nəticəsində Napoli şəhəri xarabalığa döndü.

1920-ci ildə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə üsyan başlayıb.

1939-cu ildə rejissor Frensis Ford Koppola anadan olub.

1946-cı ildə Dünya Səhiyyə Təşkilatı fəaliyyətə başlayıb. BMT-nin üzvü olan 26 dövlət təşkilatın nizamnaməsini ratifikasiya edib və sənəd qüvvəyə minib. 7 aprel Dünya səhiyyə günü kimi qeyd olunur.

1946-cı ildə Suriya müstəqilliyini elan etdi.

1947-ci ildə ABŞ-lı avtomobil istehsalçısı və sənayeçi Henri Ford vəfat edib.

1954-cü ildə amerikalı aktyor Ceki Çan anadan olub.

1959-cu ildə Azərbaycan Yazıçılar Birliyinin katibi, detektiv janrında yazan yazıçı Çingiz Abdullayev anadan olub.

1964-cü ildə avstraliyalı aktyor Rassell Krou dünyaya gəlib.

1969-cu il İnternetin simvolik ad günü.

1973-cü ildə Yuqoslaviya sosialist respublika elan edildi.

1983-cü ildə fransız futbolçu Frank Riberi anadan olub.

1991-ci ildə ermənilərin Qubadlı rayonu ərazisində (Ermənistanla sərhəddə) yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqını nəticəsində 2 nəfər (o cümlədən rus zabiti) öldürülmüş, 4 nəfər yaralanmışdı.

1992-ci ildə Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurub.

2001 - Azərbaycan və Ermənistan prezidentlərinin Ki Vest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmadı. Hərçənd danışıqların təşkilatçısı olan Amerika Birləşmiş Ştatları Dövlət Departamenti nisbi irəliləyişin olması barədə bəyanatla çıxış etmişdi. Vasitəçilər danışıqların növbəti raundunun iyunda Cenevrədə keçiriləcəyi barədə açıqlama versələr də, bu təşəbbüs də reallaşmadı.

2003-cü ildə texnika elmləri doktoru, professor Zülümxan Musayev vəfat edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.