Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin "ASAN xidmət" və "Təmiz Şəhər" ASC ilə birgə həyata keçirdiyi "Hər kağızı bir yarpağa dəyişək" layihəsi başa çatıb.
İctimai Birlikdən Trend-ə bildiriblər ki, fevralın 3-dən etibarən start götürmüş layihə çərçivəsində vətəndaşlar Bakı şəhərində fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinə xeyli miqdarda kağız təhvil verib. Layihənin şərtlərinə əsasən, təhvil verilən hər 50 kq kağız 1 ədəd ağacın əkilməsinə imkan yaradıb. Beləliklə, 3 ay davam edən layihə çərçivəsində toplanmış 78 810 kq kağız məhsulu müqabilində 1576 ədəd ağac alınıb.
Layihənin yekunu olaraq aprelin 5-də İqtisadiyyat və Sənaye Nazirliyinin və digər təşkilatçıların, eləcə də layihəyə dəstək göstərən dövlət qurumlarının, özəl müəssisə və fiziki şəxslərin iştirakı ilə "Təmiz Şəhər" ASC-yə məxsus Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Balaxanı poliqonunun 5000 m2 yaxın ərazisi yaşıllaşdırılıb.
Ağacların əkilməsi üçün məhz bu ərazinin seçilməsində məqsəd ərazinin havasını oksigenlə zənginləşdirmək, mövcud torpaq qatını münbitləşdirmək və bununla da ərazidə ekoloji tarazlığın bərpasına töhfə verməkdir.
Qeyd edək ki, 1 ton kağızın istehsalı üçün orta hesabla 17 ağac kəsilir və bu kağızlar yararsız hala düşdükdən sonra tullantı poliqonlarına daşınır. Bununla da, ağacların kəsilməsi ilə yanaşı, torpaqlar tullantılarla çirkləndirilir, torpaq, yeraltı sular və atmosferin çirklənməsi riski artır. Lakin adıçəkilən aksiya sübut etdi ki, kağızı ağacları kəsməklə deyil, onu təkrar emala yönəltməklə də istehsal etmək olar. Bununla yanaşı, "Hər kağızı bir yarpağa dəyişək" layihəsi göstərdi ki, aksiya çərçivəsində toplanmış və təhvil verilmiş kağızın hesabına uzun illər ekoloji fəlakət mənbəyi kimi tanınan Balaxanı poliqonunu da yaşıllaşdırmaq mümkündür. Bu gün bu ərazi artıq tullantı sahəsini deyil, parkı xatırladır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Cəmiyyət
"Hər kağızı bir yarpağa dəyişək" layihəsi başa çatıb - FOTO
5 Aprel 2014 17:30
Baxış: 688
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar