Cəmiyyət

Şəkidə elektrik dirəklərini kim və nəyə görə qırdı? - YENİLƏNİB - VİDEO

5 Aprel 2014 18:39
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:39

Xuliqanlıq etməklə Şəkinin gözəlliyinə zərər vuran şəxslər isti izlərlə yaxalanıblar. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, polis keçirdiyi əməliyyat nəticəsində 3 nəfəri şübhəli şəxs qismində saxlayıb. Onlar Şəki şəhər sakinləri 26 yaşlı Ədilov Rauf Bədrəddin oğlu, 26 yaşlı Məmmədov Taryel Məmmədəmin oğlu və 27 yaşlı Qasımov Pərviz Məzahir oğludur. Saxlanılan şəxslərdən ikisi Rauf və Taryel sərxoş olub. Onlar bu hadisəni içkili vəziyyətdə törətdiklərini bildirirlər. Faktla əlaqədar Şəki şəhər-rayol polis şöbəsində araşdırma aparılır.

--------
16:44

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Şəki şəhərində elektrik dirəklərini qoparıb avtomobil yoluna atdılar. Bu azmış kimi elektrik lampalarını qırıb yararsız hala saldılar. Bu vəhşilik Şəkidə gecə radələrində Bağbanlar məhəlləsində törədilib.

Yolun ortasına düşən dirəklər qəza şəraiti yaratmaqla yanaşı, avtomobillərin hərəkətinə maneə yaradıb. Bu çirkin əməli törədənlər daha sonra həmin ərazidə yerləşən işıqfora ziyanlıq vurublar. Nəticədə işıqfor yararsız hala düşüb.

Bir qrup şəxs heç bir səbəb olmadan şəhərin abadlığa xələl gətirəcək əməllərə yol veriblər. Bu xuliqanlıq əməli geniş ictimai qınağa səbəb olub.

Xuliqanlıq etməklə Şəkinin gözəlliyinə zərər vuran şəxslər isti izlərlə yaxalanıb. Polis keçirdiyi əməliyyat nəticəsində 4 nəfəri şübhəli şəxs qismində saxlayıb. İlkin məlumatlara görə, saxlanılan şəxslər hadisəni törədərkən sərxoş olublar. Həmin şəxslərin layiqli cəza alacaqları isə şübhəsizdir.


Milli.Az

--------
18:39

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.