Cəmiyyət

"1000 bərəkət, halal nemət"də haram tikə - YENİLƏNİB - FOTO

5 Aprel 2014 14:50
48 Şərh     Baxış: 23 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:50

Azərbaycanda müxtəlif çeşidli kolbasa və sosiska istehsalı ilə tanınmış "Səhliyalı" şirkətinin istehsalı olan "Halal nemət, 1000 bərəkət" markalı məhsulun içindən qurd şıxması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Şirkətin "Halal nemət, 1000 bərəkət" markalı "Sacüstü sosiskaları"nın içindən qurd tapan istifadəçi məhsulun şəklini çəkərək sosial şəbəkələrdə yayıb.
 

Bu xəbər qısa müddətdə şirkətə də çatıb və artıq məsələ ilə əlaqədar araşdırmalara başlanıb. Hazırda şirkətin bütün əməkdaşları faktı araşdırmağa çalışır.
 

Maraqlıdır ki, "Səhliyalı" MMC-dən Modern.az saytına bildirdilər ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Bütün bunlara baxmayaraq araşdırma aparırlar.
 

"Şəkildə də görünür ki, onun yanındakı kolbasa məhsulunun üzərində etiket olsa da, digərində şirkətə məxsus heç bir etiket yoxdur. Yəni həmin məhsulun bizim şirkətə aid olması şübhə yaradır. Odur ki, hazırda şirkətin bütün əməkdaşları bununla bağlı araşdırmalar aparırlar".

Qeyd edək ki, "Səhliyalı" şirkəti 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi fəaliyyətə başlayıb.

---------
13:36


"1000 bərəkət, halal nemət" markasına aid olan məhsullardan birinin içərisindən qurd çıxıb

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, foto bu markanın "Sacüstü sosiskaları" məhsuluna müraciət edən istifadəçi tərəfindən facebook sosial şəbəkəsində paylaşılıb.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.