Cəmiyyət

Tağı Əhmədova yüksək vəzifə təklif edildi

5 Aprel 2014 11:25
0 Şərh     Baxış: 1 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir müddət əvvəl "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar vəzifəsini itirən Tağı Əhmədova yeni vəzifə təklif edilib.

Milli.Az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, QSC-nin sədri Zaur Hüseynov "Bakı Metropoliteni"nin sabiq "şefi" ilə bir yerdə işləməyi məqsədəuyğun hesab edərək, bununla bağlı yuxarı instansiyaya təklif ünvanlayıb. Təklifdə qurumun sədr müavini postuna Tağı Əhmədovun təyin olunması istənilir, bununla bağlı müvafiq əmrin verilməsi xahiş edilir.

Məlumatda bildirilir ki, bu ay ərzində məsələ həllini tapacaq və bununla da Tağı Əhmədovun müavin postuna sahiblənməsi rəsmiləşəcək.

Xatırladaq ki,Tağı Əhmədov "Bakı Metropoliteni"nin rəisi olub. Bu il fevralın 26-da isə Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyəti ləğv edilərək, onların bazasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Qurumun sədri isə Zaur Hüseynov təyin olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.