Cəmiyyət

Təhsil Nazirliyindən daha bir yenilik

5 Aprel 2014 09:18
0 Şərh     Baxış: 2 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidmətlərinin göstərilməsi istiqamətində işlər davam etdirilir

Təhsil Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin sırasına daha biri əlavə olunub.

Milli.Az xəbər verir ki, anspress-in Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsinin (nostrifikasiya) onlayn yoxlanılmasına başlanılıb.

Hazırda Təhsil Nazirliyi tərəfindən 5 interaktiv və 20-dən artıq informativ elektron xidmət göstərilir.

Təhsil müəssisələrinin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu, təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, eləcə də təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması elektron xidmətlərinin göstərilməsi istiqamətində müvafiq işlər davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.