Cəmiyyət

"Təlbiyə" sözünün mənası nədir?

5 Aprel 2014 21:55
0 Şərh     Baxış: 8 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az İslam.az-a istinadən bildirir ki, bu sözün tərcüməsi "itaət etmək, boyun əymək, əmri yerinə yetirmək" mənasını verir. Termin olaraq, həcc və ümrə ziyarəti zamanı ehram bağlayan şəxsin bu zaman dediyi sözləri də təlbiyə adlandırırlar. Həmçinin, təvaf zamanı da təlbiyə söyləmək müstəhəbdir.

Təlbiyənin ərəbcə deyilişi və tərcüməsi belədir: "Ləbbeyk Allahümmə ləbbeyk. La şərikə ləkə ləbbeyk. İnnəl-həmdə vən-nimətə ləkə vəl-mülk la şərikə ləkə ləbbeyk". Tərcüməsi: "Allahım, həmişə Sənin əmrindəyəm. Sənin şərikin yoxdur. Əmrindəyəm, ey Allahım! Bütün həmdü sənalar və şükürlər Sənədir. Mülk sahibi Sənsən. Sənin şərikin yoxdur. Əmrindəyəm, Allahım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.