Cəmiyyət

Qədim musiqi alətimiz: dumbur

5 Aprel 2014 20:38
0 Şərh     Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ildə Azərbaycanın Folklor Paytaxtı elan edilən Balakəndə, bəlkə də, bir çoxlarının bilmədiyi, yəni indiyə kimi görmədiyi dambur adlanan qədim musiqi aləti mövcuddur. Damburun necə hazırlandığını, hansı ahəngə xas olduğunu və tarixini sizə göstərmək istəyirik.

Balakən rayonunun Qullar kəndində yaşayan 41 yaşlı Mahir Sailov ata-babasından ona yadigar qalan musiqi aləti olan dambur düzəltmə sənətini bu gün də davam etdirir. Həyətindəki balaca bir yerdə özünə emalatxana hazırlayan usta, burada sifarişlər əsasında damburlar hazırlayır. "Əsl dambur tut və şabalıd ağacından olar" deyən Mahir usta, sənətlə məşğul olduğu 8 il ərzində xeyli sayda dambur hazırladığını söyləyir. Atasının və babasının birlikdə 1 əsrə yaxın bu sənətlə məşğul olmalarının onun özünə də böyük ruh yüksəkliyi verdiyini bildirir. dambur ustası milli alətimiz olan sazın Azərbaycanın hər bir bölgəsində geniş yayıldığını, ancaq yaşı min illərə bərabər olan damburun təkcə Şimal-Qərb bölgəsində tanındığını qeyd edir. Balakənin əksər toylarının dambursuz keçmədiyini vurğulayır.

Müştərinin istəyinə uyğun olaraq istənilən ölçüdə və formada dambur musiqi alətini bir həftə ərzində hazırladığını söyləyən usta, aləti hazırlasa da, ata və babasından fərqli olaraq, onu ifa edə bilmədiyini bildirir. Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də qədim tarixi zənginliyə malikdir. Biz də elə etməliyik ki, özümüzə aid olan hər bir neməti yaxşı dəyərləndirək. Elə musiqimizi və musiqi alətlərimizi də...

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.