Cəmiyyət

Mətbuat Şurası qəzet yayımı ilə bağlı vəziyyəti müzakirə etdi

2 Aprel 2014 19:46
Baxış: 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) qəzet yayımı ilə məşğul olan komissiyasının növbəti iclası keçirilib. MŞ-dən Trend-ə verilən məlumata görə, komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə toplantını açaraq qurumun ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verib. Mövcud istiqamətdə bir sıra pozitiv meyillərin yarandığını diqqətə çatdıran V.Rəhimzadə müəyyən çətinliklərin aradan qaldırılmasının vacibliyini də vurğulayıb.

İclasda xüsusən də paytaxtda qəzet yayımını həyata keçirən "Əks səda" firmasının qəzetlərin yayım göstəricilərinə dair sənədləri ətrafında müzakirələr gedib. Firmanın direktoru Vüqar Həsənli bildirib ki, rəhbərlik etdiyi təşkilat 91 qəzet redaksiyası ilə müqavilə bağlayaraq onların məhsullarını yayır və həmin KİV-lərin satış göstəricilərinin əks olunduğu rəsmi sənəd təqdim etmək imkanındadır.

İclasda "Əks səda" firmasının qəzet satışındakı rentabelliyin artırılması ilə bağlı təkliflərinə də nəzər salınıb. Çıxış edənlər mövcud istiqamətdəki məsələlərin redaksiyaların iştirakı ilə geniş müzakirəsinin təşkilini məqsədəuyğun sayıblar. Belə bir toplantının baş redaktorların iştirakı ilə gələn həftə keçirilməsi qərara alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.