Cəmiyyət

Metropoliten sahibkarları Baş Prokurorluğa göndərdi

2 Aprel 2014 19:24
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Bakı Metropoliteninin binası qarşısında "Nərimanov" metro stansiyasında fəaliyyət göstərmiş ticarət obyektlərinin sahibləri onlara vurulan ziyana görə təzminat tələb etmək məqsədilə qurum rəhbərliyi ilə görüşüblər. Ticarət obyektlərinin sahibləri APA-yə bildiriblər ki, işləmədikləri aya görə öncədən ödədikləri vəsaiti geri almaq niyyətində olublar. Bu məqsədlə Bakı Metropoliteninin rəhbərliyinin qəbuluna gəliblər. Qəbulda olan iki ticarət obyektinin sahibi bildirib ki, görüş zamanı qurum rəhbərliyi onlara iddiaları və tələbləri ilə bağlı Baş Prokurorluğa müraciət etməyi tövsiyə edib.

Ticarət obyektlərinin sahibləri əlavə ediblər ki, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov onların bir ay öncədən ödədikləri vəsaiti geri qaytarmaq üçün Fəqan adlı şəxsə verib. Lakin həmin şəxs bu vəsaiti ticarət obyektlərinin sahiblərinə verməyərək, onları mənimsəyib. Bakı Metropoliteninin mətbuat xidmətindən isə APA-ya bildiriblər ki, yeni yaradılan "Bakı Metropoliteni" QSC heç bir sahibkardan pul almayıb. Bu məsələ artıq qurtarıb, əgər sahibkarların şikayəti varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.