Cəmiyyət

Bakıda bu küçədən keçmək qadınlar və uşaqlar üçün qorxuludur

3 Aprel 2014 00:30
0 Şərh     Baxış: 2 385
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda bir məhəllənin sakinləri həyəcan içərisində yaşayırlar. Paytaxtın Xətai rayonunda yaşayan Tural adlı oxucu Milli.Az-a yazır ki, Neapol küçəsində hər gün xeyli sayda sərxoş insanlarla rastlaşır. Bu isə sakinlərin narazılığı ilə yanaşı, onları qorxuya salır.

"Evdən çıxanda və evə qayıdanda binanın qarşısında toplaşmış sərxoş insanlar olur. Analarımız, bacılarımız, uşaqlarımız bu haldan narahat olurlar. Blokların qarşısında durub insanlardan pul istəyirlər. Böyük ehtimal sərxoş insanlar həmin əraziyə yaxın qalırlar ki, tez-tez toplanmaq imkanları olur. Bu yaxında həmin ərazidə Zərifə Əliyeva adına uşaq bağçası tikildi. Çox gözəl və səliqəli bağçadı. Və o ərazidə olan "besedka"da sərxoşlar oturub bütün günü müşahidələr aparırdılar. "Besedka" söküldü, düşündük ki, artıq insanlar narahat olmayacaq. İndi "besedka" olmadığına görə, bu işləri bloklarda görürlər. Axşam hava qaralandan sonra həmin ərazidə yaşayan insanların həyəcanı daha çox artır. Küçənin işıqlandırılması da zəif olduğuna görə çoxlu narahatçılıqlar olur" - deyə oxucu yazır.

Ərazi üzrə sahə müvəkkili, Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinin zabiti Qadir Hüseynov Milli.Az-a bildirdi ki, həmin ərazi nəzarətdə saxlanılacaq və sakinlər üçün problem yaradılmasına imkan verilməyəcək.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.