Cəmiyyət

Nelson Mandelanın Bakıda təhsil almış döyüşçüsü ölkəsində komandan oldu

2 Aprel 2014 18:14
0 Şərh     Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Canmirzə Mirzəyev: "Hə, onu tanıyıram və dərs keçmişəm..."

Cənubi Afrika Respublikasının Hərbi Dəniz Qüvvələrinin yeni komandanı təyin edilib.

Milli.Az virtualaz.org saytına istinadən xəbər verir ki, bu, sovet dövründə Bakıda Ali Hərbi Dənizçilik Məktəbini bitirən kontr-admiral Mosuva Samuel Hlonguandır. O, martın 31-də bu vəzifəyə təyin edilib, aprelin 1-də rütbəsi artırılaraq vitse-admiral olub.

M.S.Hlonguan 1982-ci ildə Nelson Mandelanın başçılıq etdiyi Afrika Milli Konqresinin hərbi qanadının sıralarına daxil olub və məxfi fəaliyyət göstərən diversiya qrupunda yer alıb. 1984-cü ildə Cənubi Afrikanı tərk edib və Anqolada hərbi hazırlıq keçib. Daha sonra 1986-cı ilin avqustunda Bakıdakı Qırmızı Bayraq ordenli Hərbi Dənizçilik Məktəbinə oxumağa göndərilib.

M.S.Hlonguan 1991-ci ildə hərbi gəmi kapitanı kursunu müvəffəqiyyətlə bitirərək ölkəsinə qayıdıb. Bir müddət hərbi vəzifələrdə işlədikdən sonra Hlonguan CAR-ın Konqo Demokratik Respublikasındakı hərbi attaşesi təyin edilib. 2008-ci il, aprelin 1-də kontr-admiral rütbəsi alıb və CAR Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi təyin edilib.

Bu informasiya ilə bağlı Bakı Ali Hərbi Dənizçilik məktəbinin keçmiş kafedra rəisi, müdafiə nazirinin keçmiş müavini, polkovnik Canmirzə Mirzəyevlə əlaqə saxladıq və keçmiş tələbələri arasında Anqoladan olan Mosuva Samuel Hlonguan adlı tələbəni xatırlayıb-xatırlamadığını soruşduq.

C.Mirzəyev virtualaz.org-a açıqlamasında bildirdi ki, Mosuva Sameul Hlonguanı tanıyır və vaxtilə ona dərs keçib: "Hə, tanıyıram, "qarabalalardan" idi. O, Anqoladan göndərilən tələbələrin sırasına daxil olub. Hlonguan məktəbə təzə qəbul olunanda mən baş müəllim idim və onlara dərs keçmişəm. Onun oxuduğu qrupun məktəbi bitirməsinə bir il qalmış isə mən kafedra rəisi təyin olundum".

Canmirzə Mirzəyev deyir ki, Mosuva Samuel Hlonguan normal oxuyan kursantlardan olub: "Ümumiyyətlə, Anqoladan, bir də Kubadan göndərilənlər arasında yüksək nizam-intizam var idi".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.