Cəmiyyət

Deputat: "Azərbaycanda cırlaşma gedir" - VİDEO

2 Aprel 2014 18:10
0 Şərh     Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda kütləvi istehlak məhsulu olan ərzağın tərkibi zənginləşdiriləcək. Bununla bağlı qanun layihəsi hazırlanır"

Milli.Az xəbər verir ki, bunu APA TV-yə müsahibəsində Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. Un, duz, şəkər, su və düyünün tərkibinə xüsusi vitaminlərin əlavə olunması nəzərdə tutulur.

Hadı Rəcəbli hesab edir ki, ərzağın tərkibinin zənginləşdirilməsi əhalinin dinamikasının, təbii artımının, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir: "İndiki gənc nəsildə cırlaşma gedir. Çində son illərdə bu məsələ kökündən həll edilir. Xüsusi zəginləşdirilmiş vitaminlərin əsas qida məhsullarına əlavə edilməsi hesabına gənclərin boyu 5-6 sm artıb. Bunun heç bir maliyyə tutumu yoxdu. Bir ton una və yaxud şəkərə, düyüyə az miqdarda vitamin əlavə olunur. Bu nə o qidanın rəngini, nə tamını dəyişir. Amma daha faydalı qidaya çevirir".

Komitə sədri deyir ki, ümumiyyətlə, əhalinin artımına bir çox amil təsir edir. Bunlardan ən vacibləri - məhsuldar qüvvələrin inkişaf səviyyəsi, əhalinin etnik, dini və regional mənsubiyyəti, qadınların ictimai əməyə cəlb olunması və cəmiyyətdə rolu, dövlətin doğumu stimullaşdırılması və ya əksinə, müharibələr, epidemiyalar nəticəsində uşaq ölümü səviyyəsinin dəyişməsi və s.dir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.