Cəmiyyət

Bu yay harada istirahət eləməli?

2 Aprel 2014 18:01
2 Şərh     Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bu yay istirahət üçün ən sərfəli yer Antalyadır. Vətəndaşlarımızın istirahəti üçün başqa sərfəli ölkə Bolqarıstan və cənub ölkələridir. Təəssüflər olsun ki, bizim turistləri Afrika ölkələri elə də cəlb eləmir. Orta statistik azərbaycanlı üçün baha başa gələn ölkənin regionlarında istirahətdənsə, xarici ölkələr daha çox maraq cəlb edir. Misir düşünmürəm ki, bu il  əvvəlki qədər cəlbedici olsun. Sərfəli ölkələr siyahısına Xorvatiya və Yunanıstanı da əlavə etmək olar. Krım yarımadasına gəlincə isə, mənə məlum olan qədər, Rusiya burada viza rejimi tətbiq etməyi planlaşdırır". 

Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "Эхо" qəzetinə açıqlamasında Davamlı İnkişaf mərkəzinin direktoru Nəriman Ağayev bildirib. 

Onun sözlərinə görə, bir nəfərin səfərə getməsi üçün orta hesabla 1000 manat tələb olunur. Bunlar nəqliyyat və qalmaq xərcləridir. Həmin məbləğlə vətəndaş bir həftə ərzində xarici ölkədə istirahət edə bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.