Cəmiyyət

"Din xadimlərinin də dediklərinə fikir vermək lazımdır"

2 Aprel 2014 14:05
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ruhanilər, axundlar, imamlar, mollarlar, din xadimlərinin də dediklərinə fikir vermək lazımdır.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri Kamal Abdulla bildirib.

Dövlət müşaviri qeyd edib ki, ölkədəki dini, eləcə də etnik-mədəni icmalarla mədəniyyətlərin, dillərin, dini məsələlərin öyrənilməsi ilə bağlı müxtəlif layihələr və proqramlar həyata keçiriləcək:

"Onlarla komissiyalar və icma nümayəndələri, Azərbaycan alimləri, tarixçiləri birlikdə məşğul olacaqlar. Bir var layihələr hazır şəkildə icmalara verilir, bir də var ki, onların özləri hərəkətə gəlir, işləyirlər. Hər halda bu istiqamətdə fikirlər çoxdur. İnşallah, bunları həyata keçirəcəyik".

Onun sözlərinə görə, dini icmalarla bağlı layihələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək: "Ruhanilər, axundlar, imamlar, mollalar, din xadimlərinin də dediklərinə fikir vermək lazımdır. Ümumiyyətlə, Azərbaycan xalqı, eləcə də burada yaşayan digər xalqlar öz dininə böyük hörmətlə yanaşır. Azərbaycanda olan dinlərin, təriqətlərin irəli sürdükləri tövsiyələr, fikirlər, əlbəttə ki, Dövlət Komitəsi tərəfindən də, alimlərimiz tərəfindən də dəyərləndiriləcək. Biz onları müxtəlif proqramlar vasitəsilə həyata keçirəcəyik. Məsələn, təhsil, strukturlaşma sahəsində, eləcə də bəzi məscidlərin restavrasiya işləri ilə bağlı və bir çox başqa məsələlər nəzərdə tutulur. Yəni, dini icmaların görəcəyi hələ çox işlər var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.