Cəmiyyət

Etibar Hüseynova YAP-dan reaksiya gəldi: "Xalqı bölmək olmaz"

2 Aprel 2014 13:45
Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
YAP Siyasi şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deputat həmkarı Etibar Hüseynovun qaçqınları təhqir etməsinə etirazını bildirib.

Modern.az xəbər verir ki, A. Mirzəzadə bu barədə özünün facebook hesabında yazıb:

"Milli Məclisin deputatı Etibar Hüseynovun qaçqınların Bakı mühitini korlaması barədə fikirlərinə qəti etiraz edirəm. Onun telekanalların birində çıxışının videosunu izlədim. Parlament üzvü bu cür çıxışlar etməməlidir. Qaçqınlar haqqında dediyi epitetlərə ("ac-yalavac", "təhsilsiz", "mədəniyyət görmədilər" və s.) öz qəti etirazımı bildirirəm. Xalqı bölmək, bölgəni-bölgəyə qarşı qoymaq yolverilməzdir.

Bakı bütün Azərbaycan xalqının şəhəridir, Bakı mühitini bütün xalqımız öz mədəniyyəti, dəyərləri ilə birlikdə yaradıb, onun tanınmasında hər bir bölgənin, hər bir sosial qrupun böyük zəhməti olubdur. Bütün böyük şəhərlər bölgələrdən gələn insanların hesabına böyüyür, onların gətirdiyi mədəniyyətin hesabına mədəniyyətini zənginləşdirir. Təəssüf edirəm ki, veriliş zamanı onun səsləndirdiyi mövqeyə etiraz bildirilmədi, qaçqınlar haqqında əsassız fikirlərə yol verildi. Gücümüz hamımızın qaçqın, hamımızın bakılı, hamımızın naxçıvanlı, hamımızın ümumilikdə azərbaycanlı olmağımızdadır"

Qeyd edək ki, E. Hüseynov ANS televiziyasında yayımlanan "Bahar səhəri Rovşanə ilə" verilişində deputat Etibar Hüseynov qaçqın və məcburi köçkünlərlə bağlı xoşagəlməyən ifadələr işlədib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.