Cəmiyyət

Hesablama Palatasının Kollegiya iclası keçirilib

2 Aprel 2014 14:08
Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hesablama Palatasının Kollegiya iclası keçirilib

APA-nın verdiyi məlumata görə, Kollegiya iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında Hesabat" geniş müzakirə olunaraq təsdiq edilib və sənədin Milli Məclisin müzakirəsinə təqdim olunması qərara alınıb.

İclasda dövlət büdcəsinin yerli xərclərindən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərdən və büdcədənkənar daxilolmalardan, dövlət büdcəsinin yerli xərclərindən Bərdə Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərdən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan dövlət proqramları üzrə "Azəriqaz" İstehsalat Birliyinə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair, həmçinin "Aztelekom" ASC tərəfindən dövlət büdcəsinin gəlirlərinin qanunvericiliyə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsi, Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin, o cümlədən saxlanma ilə bağlı xərclərinin icrası ilə bağlı Audit proqramları da təsdiqlənib.

Kollegiya dövlət büdcəsinin funksional təsnifatının "Ümumi dövlət xidmətləri" bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin saxlanılmasına ayrılan vəsaitlərdən istifadəyə dair audit proqramının təsdiq edilməsi barədə də qərar qəbul edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.