Cəmiyyət

Azərbaycanda yay turizm mövsümünə hazırlığı müəyyənləşdirmək üçün monitorinqlərə başlanıldı

2 Aprel 2014 14:18
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün monitorinqlərə başlayıb

Trend-in məlumatına görə, bunu nazirliyin Turizm şöbəsinin müdiri Aydın İsmiyev Trend Beynəlxalq İnformasiya Agentiliyinin Mətbuat Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və 8-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgilərinin açılışı münasibətilə keçirilən mətbuat konfransında deyib.

A.İsmiyevin sözlərinə görə, artıq Bakıdakı turizm şirkətlərinin fəaliyyətinin monitorinqinə başlanılıb. Yaxın 1-2 həftə ərzində bu monitorinqlər paytaxtdakı mehmanxanalarda davam etdiriləcək. Mayın sonundan isə regionlardakı mehmanxanaların monitiorinqinə start veriləcək.

Nazirliyin şöbə müdiri əlavə edib ki, hazırda regionlarda turizm xidməti lazımi səviyyədə deyil. Bu problemi aradan qaldırmaq məqsədilə kadrlar üçün təlimlər keçirilir.

A.İsmiyev turizm sahəsində peşəkar səviyyədə kadrların hazırlanması üçün müəyyən qədər vaxtın tələb olduğunu da söyləyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.