Cəmiyyət

Azərbaycanlıların ən çox yediyi qidalar - SİYAHI

2 Aprel 2014 14:10
2 Şərh     Baxış: 2 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanlar gündəlik tələbatlarını ödəmək üçün müxtəlif məhsullardan istifadə edirlər

Bəzi məhsullardan imtina etmək mümkün deyil. İnsanların əksəriyyəti fəsildən asılı olmayaraq, gündəlik qida rasionlarında ət məhsullarına üstünlük verirlər. Meyvə-tərəvəz yarım saata, düyü 1 saata, yumurta və təzə süd 2 saata həzm olunduğu halda, ət 5-6 saata həzm olunur. Məhz ətin həzmə getmədən mədədə çox qalması insanda yalançı "toxluq" yaradır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a insanların ən çox istifadə etdiyi ərzaqları aşağıdakı kimi sıralayıb:

Su, süd və süd məhsulları, meyvə-tərəvəz, bitki mənşəli məhsullar, ət və ət məhsulları, şirələr, çaylar.

AİB sədri bildirib ki, ümumilikdə istehlak olunan məhsulların 60 faizi yerli, 40 faizi xarici istehsalın hesabına ödənilir: "Xaricdən daha çox meyvə-tərəvəz idxal olunur. Sıralamada daha sonra ət və ət məhsullarıdır. Bunların içində isə təbii olaraq kolbasa və sosiskalar üstünlük təşkil edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.