Cəmiyyət

Müharibə veteranı Milli Məclisdə Etibar Hüseynovun məsələsini qaldırmağa çağırdı

2 Aprel 2014 12:25
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müharibə veteranı qarabağlı deputatları Milli Məclisdə Etibar Hüseynovun məsələsini qaldırmağa çağırdı

Cəbrayıllı məcburi köçkün, Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy Milli Məclisə Qarabağdan seçilmiş deputatlara müraciət edib.

"Media forum" saytının məlumatına görə, qazi yazır ki, deputat Etibar Hüseynov ANS telekanalında Qarabağ və qarabağlılar haqqında təhqiramiz çıxış edib, minlərlə şəhidi, əlili, veteranı aşağılayıb: "Etibar Hüseynov eyni zamanda sizləri təhqir edib. Bu vaxta qədər yalnız Aqil Abbas ona cavab verib. Axı sizlər də qarabağlısınız. Hanı camaata verdiyiniz vədlər?

Etibar Hüseynov Qarabağ camaatından üzr istəmək əvəzinə özünün "Facebook" səhifəsində ona irad bildirən qarabağlıları daha ağır formada təhqir etməkdən çəkinməyib. Düşünürəm ki, onun əməli ölkədə sabitliyi pozmağa xidmət edir. Sizi təmsil etdiyiniz Qarabağ camaatına verdiyiniz sözü tutmağa çağırır, Etibar Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağınızı xahiş edirəm".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.