Cəmiyyət

Bu il çaylarda daşqın təhlükəsi gözlənilirmi? - VİDEO

2 Aprel 2014 11:39
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər il yaz gələndə qış aylarında dağlara yağan qarın əriməsi və intensiv yağışlar çaylarda sululuğun artmasına səbəb olur. Milli.Az CTV-yə istinadən bildirir ki, mövsümə uyğun baş verən bu təbii proses çox vaxt  Lənkəran ovalığında yerləşən kiçik dağ çaylarında da müşahidə olunur. Bəs bu il cənub bölgəsində çaylarda sululuğun səviyyəsi necə olacaq?

Lənkəran Hidrometeorologiya Müəssisəsinin direktoru Cavid Hüseynov deyir ki, dağlarda yağan qar yaz aylarında hissə-hissə əridiyindən bu çaylarda sululuğun artmasına elə də təsir etmir. Önümüzdəki günlərdə çaylarda sululuğun səviyyəsi 10-15 sm qalxsa da, bu təhlükəli bir hal deyil. Ərazi qar xəttindən aşağı yerləşir və bu ərazidə daşqın olması üçün elə də qar yoxdur.

Subtropik iqlimə malik olan cənub bölgəsində illik yağıntıların miqdarı qışda maksimum həddə olur ki, bu da təqribən 1400-1700 mm-ə bərabərdir. Yaz aylarında isə əsasən çaylarda gursululuq müşahidə edilir. Leysan yağışları gursululuq yaradır. Hissə-hissə əriyən qar kütləsi çaylarda suyu gurlaşdırır. Amma bu, daşqın təhlükəsi yaratmır.
Cavid Hüseynov qeyd etdi ki, iki gün əvvəl respublika ərazisində, o cümlədən cənub bölgəsində müşahidə edilən qarlı soyuq hava dağlıq ərazilər üçün normal bir hal olsa da, Lənkəran üçün xarakterik bir vəziyyət deyil. Amma qarşıdakı günlərdə bölgədə temperatur tədricən yüksələcək. İkinci ongünlükdə 30 dərəcə olacaq.

Məlumat üçün bildirək ki, martın 3-dən 14-dək Böyük və Kiçik Qafqazın, Azərbaycanın dağlıq ərazilərində qarölçmə işləri aparılıb. Məlum olub ki, bu il Azərbaycanın dağlıq ərazilərində qar ehtiyatı illik normadan 30-35% aşağıdır. Bu da ölkə ərazisində güclü sel və daşqınların müşahidə olunmayacağına işarədir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.