Cəmiyyət

Quzu ətindən bahalı quzuqarnı - VİDEO

2 Aprel 2014 12:21
4 Şərh     Baxış: 13 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Quzuqarnı göbələyinin 1 kq-ı 30-40 manata satılır

Milli.Az Regional TV-yə istinadən bildirir ki, Azərbaycanda bitən göbələk növlərindən biri də quzuqarnıdır. Bitkinin digər göbələklərdən fərqi ildə 1 dəfə yalnız yaz fəslində yetişməsidir. Şabran rayonunun Ağalıq kəndində artıq 10 günə yaxındır ki, quzuqarnı yığılır. Meşədə, xüsusilə qovaq ağaclarının altında yetişən quzuqarnının yığılması heç də asan deyil. 7 növü olan bitkinin özünəməxsus bir sıra əlamətləri də var.

Bitkinin yığılması və tapılması əziyyətli olsa da, alıcısı boldur. Çünki insan orqanizmi üçün faydalı olan quzuqarnı min bir dərdin dərmanıdır. Vur-tut 20-25 gün ömrü olan quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur. Bütün bunlar quzuqarnının qiymətinə və müştəri sayına müsbət təsir edir. Hazırda quzuqarnının bir kiloqramının qiyməti 30-40 manat arasında dəyişir.

Hələlik quzuqarnının yalnız sarı və qara növləri yetişib. Sakinlər bildirirlər ki, aprelin sonuna kimi bitkinin digər növləri də torpaqdan çıxacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.