Cəmiyyət

QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndələri Budapeştdə səfərdədirlər

2 Aprel 2014 13:10
Baxış: 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşları və QHT rəhbərlərindən ibarət nümayəndə heyətinin Macarıstanın paytaxtı Budapeştə səfəri başlayıb.

Bu barədə Trend-ə Şuradan məlumat verilib.

Şuranın xarici QHT-lərin layihələrinə dəstək proqramı çərçivəsində maliyyələşdirdiyi Macarıstanın "Subyektiv Dəyərlər" Fondunun təşkilatçılığı ilə həyata keçirilən səfərin ilk günündə tərəflərin iştirakı ilə toplantı keçirilib. İclasda qarşıdakı günlərdə keçiriləcək görüşlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra nümayəndə heyətinin Budapeşt şəhəri ilə tanışlıq gəzintisi təşkil olunub. Macarıstan parlamentində də olan Azərbaycan nümayəndə heyəti qanunverici orqanın iş fəaliyyəti ilə yaxından tanış edilib. Sabah isə Macarıstanın tanınmış QHT-ləri ilə təcrübə mübadiləsi məqsədi ilə görüş keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.