Cəmiyyət

Azərbaycanlı qoca kişi 25 ildir ki, küçələrdə yaşayır

2 Aprel 2014 11:54
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecələr isə yatdığı yer atılmış avtomobildir

Xudaşükür Əliyev 25 ildir ki, küçələrdə həyat tərzi keçirir. Gecələr isə yatdığı yer atılmış avtomobildir.

Qonşular deyirlər ki, iş qabiliyyəti olmadığından elə bu küçənin sakinləri ona maddi yardım edirlər. Ancaq soyuq havada maşın içərisində gecələməkdən və ayaqyalın gəzməkdən xəstəlik bədənini tərk etmir.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, müsahib deyir ki, 1978-ci ildə ailə qurub və 1 oğlu var, ancaq elə o gündən bəri xoşbəxtlik ondan üz döndərib. Evləndikdən sonra xanımı onunla yaşamaqdan imtina edib. Dəfələrlə evdən qovulan X. Əliyev nəhayət 6 ildən sonra boşanıb. Elə o gündən bəri işlədiyi yerlərdə qalan X.Əliyev iş fəaliyyətini itirdikdən sonra yollara düşüb. Qardaşlarına üz tutanda isə heç də müsbət cavab almayıb.

Qonşular deyirlər ki, illərdir həmin küçədə yaşadığından hamı onu tanıyır. Heç bir pis əməlləri olmadığını və məhəllə sakinləri ilə çox mehriban olduğunu deyirlər.

İndi ümid qalır X. Əliyevin ailəsinin mərhəmətinə. 12 nəfərlik ailənin üzvü olan bu insana onlardan heç birinin bu günə qədər sahib çıxmaması X. Əliyevin hələ bu küçədə çox qalacağına işarədir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.