Xudaşükür Əliyev 25 ildir ki, küçələrdə həyat tərzi keçirir. Gecələr isə yatdığı yer atılmış avtomobildir.Gecələr isə yatdığı yer atılmış avtomobildir
Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, müsahib deyir ki, 1978-ci ildə ailə qurub və 1 oğlu var, ancaq elə o gündən bəri xoşbəxtlik ondan üz döndərib. Evləndikdən sonra xanımı onunla yaşamaqdan imtina edib. Dəfələrlə evdən qovulan X. Əliyev nəhayət 6 ildən sonra boşanıb. Elə o gündən bəri işlədiyi yerlərdə qalan X.Əliyev iş fəaliyyətini itirdikdən sonra yollara düşüb. Qardaşlarına üz tutanda isə heç də müsbət cavab almayıb.
Qonşular deyirlər ki, illərdir həmin küçədə yaşadığından hamı onu tanıyır. Heç bir pis əməlləri olmadığını və məhəllə sakinləri ilə çox mehriban olduğunu deyirlər.