Cəmiyyət

Azərbaycanda çox sərnişin daşıyan sürücülər cərimələnəcəklər

2 Aprel 2014 11:21
0 Şərh     Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaydalar rayonlararası avtobuslara da aid ediləcək

Nəqliyyat vasitələrində nəzərdə tutulduğundan çox sərnişin daşıyanlar yol polisi tərəfindən cəzalandırılacaqlar.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bu təkcə sərnişin daşıyanlara deyil, həmçinin rayonlararası avtobuslara da aid ediləcək.

Minik avtomobillərində nəzərdə tutulandan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab olunur. Buna görə də, belə sürücülərin cəzalandırılması nəzərdə tutulur. Bəzən avtomobillərdə ön oturacaqda azyaşlı uşaq gəzdirirlər.

Buna da belə bəraət qazandırmağa çalışırlar ki, guya uşaq valideynlərinin qucağında oturur və valideyn nəyin bahasına olursa-olsun onu buraxa bilməz. Bu çox vaxt sonda azyaşlının faciəsinə səbəb olur.

Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, sərnişindaşıma qaydalarını pozan sürücülər bilməlidirlər ki, İnzibati Xətalar Məcəlləsinin 151.2 maddəsinə müvafiq olaraq bu qayda pozuntusu 60 manat məbləğində cərimələnir.

Rayonlararası sərnişindaşımada da bu qaydaları pozan sürücülər cəzalanacaqlar. Elə avtobus və mikroavtobuslar var ki, ayaqüstdə sərnişin daşınması üçün nəzərdə tutulmayıb. Buna baxmayaraq nəqliyyat vasitəsinə nəzərdə tutulduğundan çox sərnişin mindirirlər.

Baş Dövlət Yol Polis İdarəsindən belə sürücülərə qarşı bu cür tədbirlərin davamlı olacağı bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.