Cəmiyyət

Şahdağda istirahət etmək istəyən turistlər üçün son şans! - VİDEO

2 Aprel 2014 11:27
1 Şərh     Baxış: 1 433
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qış mövsümünə start verilən gündən bu günədək kompleks 60 mindən çox turist qəbul edib

Qarlı hava qayıtdı və Şahdağa üz tutanların sayı yenidən artdı. Kompleksdə xüsusi ilə həftə sonları sıxlıq müşahidə edilsə də, həftə içi də burada istirahət edənlərin sayı kifayət qədərdir. Burada qış mövsümünə mart ayının 30-u yekun vurulacaqdı, lakin bir neçə gün bundan öncə yağan güclü qar kompleksdə mövsümün aprelin 6-dək uzadılması ilə nəticələndi. Bu müddət ərzində otellərdəki qiymətlərdə 30% endirilib.

Milli.Az Regional TV-yə istinadən bildirir ki, qış mövsümünə start verilən gündən bu yana kompleks 60 mindən çox turist qəbul edib. İstirahət üçün Şahdağı seçənlər arasında yerli turistlərlə yanaşı, xarici turistlərə də rast gəlmək mümkündür. Onlar buranı daha çox havasına və imkanlarına görə  bəyəndiklərini deyirlər.

Kompleksdə qış mövsümü bitdikdən sonra may ayında yay mövsümünə start veriləcək. Yayda burada Səmtləşmə, Dəyənəklərlə  gəzinti, Peyntbol, Seqvay, Uşaq Kvadrasiklı, Dağ velosipedi, Ziplayn, Macəra Parkı, At sürmək və s. kimi xidmətlər turistlərin istifadəsinə veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.