Cəmiyyət

Bakıda qəzaya tibb personalından bəd xəbər: beyni dağılan tibb işçisinin ürəyi dayandı

2 Aprel 2014 10:02
0 Şərh     Baxış: 2 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ağır qəzaya düşən təcili tibbi yardım briqadasından bəd xəbər almışıq.

Milli.Az xəbər verir ki, Yasamal rayonu ərazisində - İnşaatçılar prospektində qəzaya düşən briqadanın əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Milli.Az-a verilən məlumata görə, martın 22-də İnşaatçılar prospekti, 36 ünvanına çağırışa gedən təcili yardım maşınını "Toyota Rav 4" markalı avtomobil arxadan vurub.

Onun "Mercedes" markalı tibbi yardım maşınına çırpılması nəticəsində 6 nəfər ağır yaralanıb. Ağır xəsarət alanlar arasında briqadanın həkimi, 60 yaşlı Oqtay Quliyev, sürücü Zakir Abbasov, 58 yaşlı feldşer Kifayət Vəliyeva, maşında olan iki xəstə olub. Yaralılardan K.Vəliyevanın xəsarətləri ağır olub. Beyni əzilən tibb işçisinin üzərində dərhal beyin əməliyyatı keçirilib. Koma vəziyyətində olan feldşerin həyatını xilas etmək mümkün olmayıb. O, ötən gecə dünyasını dəyişib.

Ceyhun Ələkbərov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.