Cəmiyyət

Şagirdlər qar-yağış altında dərs keçirlər

2 Aprel 2014 12:42
0 Şərh     Baxış: 544
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerik rayonunun Cəngəmiran kənd sakinləri kömək istəyirlər

Mart ayında güclü küləklərin əsməsi səbəbindən Lerik rayonunun Cəngəmiran kənd orta məktəbinə ciddi ziyan dəyib. Kənd sakinlərinin "Yeni Müsavat"a verdikləri məlumata görə, külək 100 yerlik kənd orta məktəbinin damını tamamilə yararsız hala salıb.

Məlumata görə, martın əvvəllərində bir neçə dam örtüyünün yararsız hala düşməsi ilə bağlı rayon icra hakimiyyətinə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb. Hətta rayon rəhbərliyinin kəndə gəlişindən sonra da məktəbdə təmir-bərpa işləri aparılmayıb. Növbəti və daha güclü külək isə məktəbin üstündən ən azı 50 şiferi qaldırıb kənara atıb. "Son iki gün ərzində yağan qar artıq sürətlə əriyir və məktəb su içindədir. Uşaqlarımızın başına qar suyu kökülür", - deyə sakinlər bildirdilər.

Cəngəmiranlıların dediyinə görə, 5-11-ci sinif şagirdlərinin təhsil aldığı məktəb binası "Sosialist Kubası" sovxozunun inzibati binası olub və 1996-cı ildən məktəb kimi istifadə edilir. Ancaq bu bina təmirsiz olduğundan orada tədris işinin həyata keçirilməsi müşküldür. Kənddəki digər məktəb isə 1953-cü ildə tikilib və orada ibtidai siniflər yerləşir. Ancaq o da bərbad haldadır və son günlərin küləkli, qarlı havasından ciddi ziyan çəkib. "İcra hakimiyyətinin nümayəndəsi gəlib baxıb. Deyib gərək FHN material göndərsin, bizim material yoxdur. Hələ ki heç kim bizim vəziyyətimizlə maraqlanmır", - deyə adının çəkilməsini istəməyən rayon sakini bildirdi.

Ümid edirik ki, müvafiq qurumlar uşaqların taleyinə biganə yanaşmayıb hərəkətə keçəcək. Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.