Cəmiyyət

Paytaxtda 1943-cü ilin Stalinqradını yaradan kimdir?

2 Aprel 2014 01:00
0 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Yasamal rayonundakı bərbad vəziyyət sakinləri hiddətləndirib. Sakinlər Milli.Az-a yazır ki, Şərifzadə küçəsi, 112 və 114 saylı ünvanda beşmərtəbəli evlərin yanında əsl "xarabalıq" yaradılıb. Bu yerdə əvvələr çox gözəl yaşıllıq, bir neçə zeytun və küknar ağacları vardı. Bu ağacları kəsib yerinə "Qızıl tac" adlı kafe tikdilər. Bundan sonra, artıq 4 aya yaxındır bu kafeni də söküb nə isə tikmək istədilər. Mənzil Kommunal Təsərrüfat Departamenti və rayon icra hakimiyyəti burada nə tikiləcəyindən, kimə məxsus olduğundan "xəbərsizdirlər".

"Şəhərin ortasında "Stalinqrad 1943-cü il" mənzərəsinə isə hamı göz yumur. Maraqlısı budur ki, bu xarabalığı hasara almaq üçün istifadə olunan dəmir, plastik və taxta materiallar yerlə-yeksan olaraq, küləkli günlərdə yaratdığı səslərlə uşaqlara, qocalara, xəstələrə gecələr yatmağa imkan vermir. Bildiyiniz kimi Bakıda küləksiz gün nadir hallarda olur. Əgər bu bayram günlərində kimlərə isə yaxşılıq etmək istəyisinizsə, onlarla ailəyə əziyyət verən bu hadisəni işıqlandırın, aydınlaşdırın" - oxucu yazır.

Yasamal rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, vaxtilə sözügedən ünvanda binanın birinci mərtəbəsində kafe fəaliyyət göstərirdi. Sonradan həmin kafe bağlandı və həmin ərazidə sahibkar tərəfindən tikitinti aparılır. Buna isə ərazidə yaşayan sakinlər etiraz edirlər. Qurumdan orada hansı tikintinin aparılması barədə açıqlama verilməsə də, məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə məlumat verildiyi deyildi.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.