Cəmiyyət

Məscidə getdi, bir daha geri qayıtmadı

31 Mart 2014 20:40
0 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ağdaş rayon sakini itkin düşüb. Milli.Az APA-ya istinadən xəbər verir ki, Ağdaş rayon sakini və hazırda Göyçayın Ərəbcəbirli kəndində yaşayan Nargilə Hümbətova Göyçay rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 1982-ci il təvəllüdlü oğlu Hümbətov Seymur Cümşüd oğlu martın 25-də axşam saatlarında namaz qılmaq üçün Göyçay şəhərindəki Əbülfəs məscidinə gedib və bir daha geri qayıtmayıb.

Subay olan Seymur Hümbətovun evdən çıxarkən əynində qara şalvar və gödəkcə, mavi köynək, ayağında idman ayaqqabısı və başında papaq olub. Hazırda Göyçay rayon Polis Şöbəsinin əməkdaşları onun tapılması üçün axtarış həyata keçirirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.