Cəmiyyət

Azərbaycanlı gəncləri Suriyaya "nurçu"lar aparır?

31 Mart 2014 18:44
0 Şərh     Baxış: 1 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təkcə ötən iki ayda Azərbaycandan Suriyaya döyüşməyə 3000-ə qədər şəxs gedib

Bu barədə lent.az-a etibarlı mənbədən məlumat daxil olub.

Mənbənin bildirdiyinə görə, bununla bağlı hökumətdə ciddi araşdırmalar aparılır. Araşdırmalar zamanı məlum olub ki, bu şəxslərin Suriyaya aparılmasına Hizmət Hərəkatının ("nurçu"lar) Azərbaycanda fəaliyyət göstərən qeyri-rəsmi şəbəkəsi başçılıq edir.

Mənbə onu da qeyd edib ki, xüsusilə ayrı-ayrı internet klublarda və idman zallarında fəal təbliğat aparan "nurçu"lar gəncləri əvvəlcə Türkiyəyə aparır, daha sonra isə Hatay vilayətindəki kamplarda bir müddət döyüş üçün hazırlayırlar. Bundan sonra gənclər Türkiyədən asanlıqla Suriyaya yola salınırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.