Aprelin 1-dən etibarən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində "halal" sözü yazılmış məhsulların istehsalı və satışı qadağandır.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının APA-ya verdiyi məlumata görə, standarta əsasən "halal məhsul"ların sertifikatlaşdırılması üçün sifarişçi məhsulun sertifikatlaşdırılması üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) sifarişlə müraciət etməlidir.
F.Talıblı bildirib ki, Azərbaycanda nə qədər ət məhsulları istehsal edən şirkət varsa, indiyə qədər "halal" kəlməsindən istifadə edib. Ancaq ötən müddət ərzində cəmi 9 şirkət AzSert-ə halal sertifikatı almaq üçün müraciət edib: "Müraciətlərin sayının az olması göstərir ki, bazara "halal" adı altında çıxan məhsulların sayı az olacaq. Əsas məqsədimiz istehlakçıların aldadılmasının qarşısını almaq, istehlakçı hüquqlarını qorumaqdır. İllərdir ki, formalaşan dini, mənəvi keyfiyyətlərə əsaslanan istehlak mədəniyyətindən sui-istifadə hallarının qarşısı alınmalıdır. Vahid halal standartına əsasən Azərbaycanda halal standartının tətbiqi qanunvericiliyin tələbidir və bu tələb yerinə yetirilməlidir. Şirkətlərin müraciətləri əsasında standartın tələblərinin müəssisələrdə icra vəziyyəti araşdırılır. Araşdırmalar yüksək səviyyədə aparılır, hətta bizim mütəxəssislərimiz həmin müəssisələrin məhsul istehsalı üçün xammal aldıqları Hindistana, Almaniyaya və digər ölkələrə ezam olunub və ətin kəsilməsi qaydası ilə tanış olublar. Hətta çəkilişlər də edilib və bu çəkilişlər mətbuata da təqdim olunacaq. Məsələn, insanların bir qismi Hindistanda ətin halal kəsim qaydasına riayət edilmədiyini iddia edilirdi. Ancaq sertifikatlaşdırma orqanının əməkdaşları o ölkələrə getdilər, baxış keçirdilər və baxışın nəticələri də hər şeyi özündə ehtiva edir".
F.Talıblı sabahdan başlayaraq AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin "halal" markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcəyini söyləyib. Əsassız olaraq "halal" adı altında satışa məhsullar çıxaran müəssisələrin məhsulları satışdan yığışdırılacaq: "Araşdırmalar əsasında müraciət edən 9 şirkətdən hansılar barədə müsbət qərar veriləcəksə, həmin şirkətlər halal sertifikatı alacaqlar. Sertifikat almayanlar məhsullarının üzərindən "halal" kəlməsini yığışdırmalıdırlar. Halal sertifikat alacaq müəssisələrin adları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlamalar sabahdan başlanacağı üçün halal sertifikatı verilməsi üçün haqlarında ilkin müsbət rəy olan müəssisələrin məhsulları satışdan çıxarılmayacaq. Ancaq elə müəssisələr var ki, həmin müəssisələrdə halal məhsul istehsalı üçün şərait yoxdur, onlara sertifikat verilməyəcəyi qəti bilinir. Bu müəssisələrin məhsulları sabahdan satışdan çıxarılacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- "Özüm istəmişəm!" - 1 manatlıq taksidə məktəbli qızla SEVGİ MACƏRASI - VİDEO
- Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
- Azərbaycana qarşı "informasiya savaşı": kim, necə, niyə? - ARAŞDIRMA
- İctimai nəqliyyatın günümüzə qatdığı stress - Necə mübarizə aparmaq olar?
- Günün qoroskopu: Maliyyə fürsətləri yaranacaq
- Bakı bulvarında ata və balanın maraqlı RƏQSİ - VİDEO
XƏBƏR LENTİ
- Bakıda "Land Rover" yeniyetməni vuraraq öldürdü
- Sumqayıtda qaynı 33 yaşlı qadını bıçaqladı
- Bətnindəki körpənin cinsiyyəti qız olduğuna görə hamilə qadını döyərək uşağı tələf etdilər - VİDEO
- Millimiz autsayderlə üz-üzə
- “İranın əlində Amerika qanı var” - Harris
- Keçmiş həyat yoldaşı toya XANIMI İLƏ GƏLDİ - Afətin reaksiyası DİQQƏT ÇƏKDİ - FOTOlar
- Əgər övladınız oğlan gedib, qız qayıdırsa... - Tramp
- Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTOlar
- Rodrini həmyerlisi əvəz edə bilər
- Nüvə dövlətindən İsrailə xəbərdarlıq: Bu, təhdiddir!
- ABŞ böyük qasırğaya hazırlaşır - Əhali təxliyə olunur
- Cokoviçdən çinli azarkeşlərə üzrxahlıq
- Markdan həyat yoldaşına unikal hədiyyə - FOTOlar
- “Narahat olma, qızın etibarlı əllərdədir...”
- Azərbaycanda məktəbli anasını 195 bıçaq zərbəsi ilə öldürüb - DETALLAR - FOTOlar
- Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
- Ten Haq "Mançester Yunayted"i tərk edib
- Gülşad Baxşıyeva arxiv FOTOlarını paylaşdı
- Doğma yurdumda yaşamaq mənim üçün fəxrdir - Rafiq Hüseynov
- 11 ildən sonra bir arada - FOTOlar
- Səbirsizliklə gözlədiyim günün gəlib çatdığına sevinirəm - Şuşa sakin
- Vatsapda daha bir - Yenilik
- Alsu və əri məhkəmədə razılığa gələ bilmədilər - VİDEO
- Daha 16 ailə Şuşaya qayıdır - FOTOlar