Cəmiyyət

Hüseyn Dəryanın cəsədinin ekspertizası ilə bağlı RƏSMİ AÇIQLAMA

31 Mart 2014 18:23
14 Şərh     Baxış: 15 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şakir Musayev: "Meyit müayinəyə gəlib və tam da müayinə olunub"

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyindən mərhum reper Hüseyn Dəryanın cəsədinin ekspertizadan keçirilməsi ilə bağlı açıqlama veriblər.

Birliyin baş direktoru Şakir Musayev anspress-ə açıqlamasında reperin ölüm səbəbləri ilə bağlı yayılan xəbərlərin hamısının şayiə olduğunu söyləyib. Onun sözlərinə görə, Hüseyn Dəryanın cəsədi ekspertizadan keçib: "Əgər onun meyiti meyidxanaya daxil olubsa, müayinə də olunub. Meyitin müayinəsi haqqında təlimat var. Ekspert rəy tərtib edəndə orada yazdığı hər bir cümləyə görə yanlış və şişirdilmiş cavab yazmamağa, təlimatdan kənara çıxmamağa görə və məsuliyyət daşıdığına görə qol çəkir. Onun ölüm səbəblərini yayan insanlar hadisənin şahididirlərmi? Dövlət tərəfindən bu işləri araşdıran insanlar var. Onların bu işdə nə maraqları var? Bu məsələni araşdıran dövlət qurumları və polis orqanları var. Meyit müayinəyə gəlib. Tam da müayinə olunub. Bir ay müddətində bütün suallar cavablandırılacaq".

Qeyd edək ki, martın 15-dən 16-na keçən gecə məşhur reper Hüseyn Dərya idarə etdiyi 99 EK 575 nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşüb və yerləşdirildiyi 3 saylı Sabunçu şəhər Xəstəxanasında dünyasını dəyişib. Ölümündən sonra onun barəsində çoxsaylı şayiələr yayılmışdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.