Cəmiyyət

Bu toydan sonra azərbaycanlı gəlini uzun yol gözləyir - FOTO

31 Mart 2014 18:38
3 Şərh     Baxış: 3 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlləri və ayaqları şikəst olan Əli Qasımovun toyu olacaq

Paytaxtın şadlıq saraylarının birində 9 apreldə toy olacaq. Bu, adi toy deyil, çünki bu toyda bəy deyil, gəlin ömrünün sonuna qədər ərini əlləri üstündə daşıyacaq. Həm də sözün əsl mənasında.

Anspress-in məlumatına görə, ilk evliliyi alınmayan Aynurə I qrup əlil Əli Qasımova ərə gedib. Artıq onlar dini nikahla evləniblər. Heç özləri də toy barədə düşünmürdülər. Sadəcə, Əlinin hacı dostları onlara toy çaldırmaq istəyirlər.

Qasımov Əli Tofiq oğlu 1-ci qurup əlil olsa da, məhz 42 yaşında məhəbbət ona yeni həyat bəxş edib. Əlləri və ayaqları şikəst olan Əli indi qanadlarıyla yaşamaq arzusundadır. Bu qanadı ona sevib - seçdiyi bir qadın bəxş edib.

Aynurə öz xoşu ilə Əlini özünə həyat yoldaşı seçdiyini deyir: "Vaxtilə ailə qursam da, bəxtim qara gətirmişdi. Bir də ayılıb gördüm ki, mənim ailəlik həyatımdan qazandığım yeganə şey  uşaqlarımdır. Ancaq qadın taleyim isə Əlinin cismi kimi şikəstdir. Onun cismən, özümü isə ruhən şikəst olmuş bir insan bilib taleyimizdəki doğmalığı boynuma aldım. Kim nə deyir desin, ər tapdağı altında əzilən qadın ruhən şikəst olmuş bir qadındır. Əli ilə nikahımız da tariximizin faciəvi təqvim günündə - Xocalı faciəsi günündə, bu il baş tutub. Bəli, bizim ikimizin də taleyində faciə öz qılıncını sıyırsa da, biz talelərimizi birləşdirməklə faciəni dəf etmək arzusundayıq".

"Axı toy-bayramdır bu dünyanın əzabı, Əqli olan ona gətirər tabı" deyib böyük şairimiz. Əli yeriyə bilmir, bir uşaq kimi ona çörəyi də öz əllərimlə yedizdirirəm. Onun mənə ehtiyacı var. Mənə məhəbbət dolu gözləriylə baxanda mənə elə gəlir ki, mən onun əli-ayağı, o isə mənim uçan pərvazlanan qəlbimdir..."

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.