Cəmiyyət

Bakıda liftin qırılması nəticəsində yaralananların şəxsiyyətləri məlumdur - YENİLƏNİB

31 Mart 2014 19:09
1 Şərh     Baxış: 2 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19:09

Bakıda liftin qırılması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub


Milli.Az xəbər verir ki, Klinik Tibbi Mərkəzdən APA-ya bildirilib ki, 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində xəsarət alanlar 1990-cı il təvəllüdlü Amin Xaliq oğlu Hüseynzadə, 1986-cı il təvəllüdlü Natiq Ağazər oğlu Baxşıyev, 1996-cı il təvəllüdlü Elmin İbrahimov travmatologiya şöbəsində yerləşdiriliblər.


----------
17:43

Bakıda köhnə zavod binasında qəza baş verib


Bakı şəhər Təcili Tibbi yardım Stansiyasından APA-ya verilən məlumata görə, hadisə bu gün saat 17:00 radələrində qeydə alınıb. 3-cü mikrorayon dairəsində yerləşən köhnə zavod binasında liftin qırılması nəticəsində liftdə olan 3 nəfər ağır xəsarət alıb. Yaralılar Klinik Tibbi Mərkəzə aparılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.