Cəmiyyət

Soyqırıma məruz qalan Alpan kəndi - FOTO

31 Mart 2014 19:00
0 Şərh     Baxış: 1 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1918-ci ilin 31 martında ermənilər təkcə Quba qəzasında 167 kəndi təmamilə dağıdıb

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Alpan kəndi Qubanın ən böyük və qədim yaşayış məntəqələrindən biridir. Rayondan 16 km uzaqlıqda yerləşən kənddə 1000-ə yaxın ev var. 31 mart soyqırımının canlı şahidlərindən olan Alpan kəndində faciəni əks etdirən tarixi yerlər, hələ də, qalmaqdadır. Onlardan biri də kəndin 5 əsrlik yaşı olan qəbiristanlığıdır.

Kənd sakinlərinin bildirdiyinə görə, o dövrdə Alpanda cəmi 30 ev olub. Ermənilər yaşayış məntəqəsində olan bir neçə evi yandırıb, sakinləri vəhşicəsinə öldürüblər. Nə qocaya, nə cavana rəhm ediblər.
 

1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.