Cəmiyyət

Ermənilərə göz dağı olan Həsənqaya - VİDEO

31 Mart 2014 17:24
0 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməsinə, vandalizm hərəkətləri həyata keçirməsinə, torpaqlarımızı işğal etməsinə baxmayaraq, Azərbaycan xalqı bu təcavüzkar siyasətə qarşı həmişə əzmlə sinə gərib, sabaha inamla baxıb. Milli.Az El TV-yə istinadən xəbər verir ki, bunu daim erməni vəhşilikləri ilə üzləşən Tərtərin Həsənqaya kənd sakinlərinin timsalında da görmək olar.

Qeyd edək ki, hazırda Tərtər rayonunun ərazi vahidliyində olan Həsənqaya kəndi iki dəfə erməni vəhşiliklərinə şahidlik edib. Birinci dəfə kənd 19-cu əsrdə ermənilər tərəfindən tamamilə dağıdılıb, burada yaşayan insanlar qətlə yetiriliblər. XX əsrin sonlarında, 1988-ci ildən başlayan təcavüz nəticəsində Həsənqaya yenidən erməni vandalizminə məruz qalıb. Kənd xarabazarlığa çevrilib. Hazırda da Həsənqaya, demək olar ki, hər gün ermənilər tərəfindən atəşə tutulur.

Bütün bunlar isə Həsənqaya sakinlərinin nikbin əzmini qıra bilmir. Kənd sakinləri Kamandar Həsənov, Laləzar Həsənova və başqaları bildirirlər ki, onlar Azərbaycan Ordusuna arxalanırlar: "20 ildir burada yaşayırıq. Onlar, demək olar ki, hər gün atırlar. Buna baxmayaraq biz buradayıq" Azərbaycan Ordusunun əsgərlərinin ayıq-sayıqlığı nəticəsində qorxusuz və sabaha inamla yaşayan Həsənqaya sakinləri işğal altında olan torpaqlarımızın da tezliklə azad olunacağına inandıqlarını deyirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.