Cəmiyyət

Bir evini erməni dağıtmışdı, indi isə...

1 Aprel 2014 00:30
0 Şərh     Baxış: 1 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Evi ermənilər tərəfindən dağıdılan məcburi köçkünün hazırda məskunlaşdığı sığınacaq da başına uçmaq üzrədir. Laçın rayonunda məcburi kökün olan Bəylər Süleymanov Milli.Az-a yazır ki, Tərtər rayonunda işğaldan azad olmuş Şixarx kəndində məskunlaşıb.

İki azyaşlı uşağı olan B.Süleymanov evinin qəzalı vəziyyətdə olmasından şikayətlənir: "4 dəfə Laçın rayon icra başcisi Akif Səlimovun yanına getmişəm. Yardım ücün işimə baxan yoxdur. Xahiş edirəm mənə köməklik edəsiniz".

Laçın rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Milli.Az-a açıqlamasında bildirdi ki, B.Süleymanovun evinin bərpası və ya yenidən tikilməsi üçün vəsait yoxdur. İcra hakimiyyətində onun şikayətinə baxılıb və məsləhət görülüb ki, Tərtər rayon "qaçqınkom"una müraciət etsin.

Birinci müavinin sözlərinə görə, dövlət proqramı ilə bu ilin sentyabrından Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisində məcburi köçkünlər üçün evlərin tikintisinə başlanacaq:
"Bəylər Süleymanov bizə ərizə ilə müraciət etsin, qeydiyyata alınsın. Hazırda qaynanasının evində yaşayır. Sənətkar işləyir. Qeydiyyata alınandan sonra ev ala bilər. Biz də əməkdaşları göndərərik, hazırda onun məskunlaşdığı evə baxış keçirib rəy verərlər".

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.