Cəmiyyət

Bakının mərkəzi küçələrindən biri genişləndiriləcək - FOTO

31 Mart 2014 16:06
0 Şərh     Baxış: 2 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakının mərkəzi küçələrinin birində təmir işlərinə başlanılıb"

Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Bakının Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) təmirinə başlanılıb. Hazırda beton bardürlərin mərmər bardürlərlə əvəz olunması işləri gedir: "Bardürlər dəyişdirildikdən sonra köhnə asfalt-beton örtüyü qaşınacaq, daha sonra yola yeni asfalt örtüyü döşənəcək. Yolun zəruri olan hissələrində genişləndirmə işləri aparılacaq. Yolun təmiri işləri Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə qədər 3,4 km-lik məsafəni əhatə edəcək".

Martın 30-da başlayan təmir işlərinin bir neçə aya başa çatdırılması planlaşdırılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.