Cəmiyyət

Gəncədə Soyqırımı Günü ilə bağlı tədbir keçirildi - FOTO

31 Mart 2014 15:41
Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gəncə şəhərində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş mərasim keçirilib.

Trend yazır ki, tədbirdə şəhər rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və tələbələr iştirak ediblər.

İştirakçılar əvvəlcə şəhərin Şəhidlər xiyabanında olub, şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri qoyublar.

Mərasimdə Şah Abbas Cümə məscidinin dini icma sədri Əlisəftər Səfərəliyev çıxış edərək, ermənilərin hər zaman türklərə, azərbaycanılara qarşı apardığı soyqırım və deportasiya siyasətindən, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatıdırılmasında Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib, şəhidlərin ruhuna dualar oxuyub.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə Dövlət Universitetinin dekanı, professor Həsənbala Sadıqov və professor Asəf Cavadov çıxış edərək, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş kütləvi qırğınlar barədə danışıb, bununla əlaqədar tarixi faktları diqqətə çatdırıblar. Bildiriblər ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, 1918-ci ildə də ermənilər Azərbaycan xalqına qarşı torpaq iddiası irəli sürərək soyqırım törədiblər. Bu cür tarixi faktlar yalnız ildönümləri zamanı deyil, adi günlərdə də yad edilməlidir. Bu zaman əsas məsuliyyət gənclərin üzərinə düşür, çünki bu günün gənci gələcəkdə ölkənin aparıcı qüvvəsidir.

Qeyd edək ki, YAP Gəncə şəhər təşkilatında, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrində, idarə və təşkilatlarda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "dəyirmi masa"lar, anım mərasimləri keçirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.