Cəmiyyət

"Azəriqaz"dan qazın təzyiqindən şikayətlənənlərə cavab gəldi

31 Mart 2014 14:32
1 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəriqaz" İstehsalat Birliyi havaların soyması ilə əlaqədar əhali qrupuna verilən mavi qazın təzyiqi ilə bağlı yaranan şikayətlərə cavab verib

Movqe.az-a bu barədə açıqlama verən "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirib ki, havalar soyuyandan, dünəndən etibarən verilən mavi yanacağın həcmi 4 milyon kub metr artırılıb:

"Harada narazılıq vardısa, həll olunub. Əhali qrupuna verilən təbii qazın həcmi Bakıda 1,7, regionlarda isə 2,3 milyon kub metr artırılıb. Hazırda heç bir yerdə qazın təzyiqi ilə bağlı problem yoxdur".

Qeyd edək ki, havalar soyuyandan paytaxtda əhali qrupuna verilən mavi yanacağın təzyiqindən şikayətlər artıb. Dünən paytaxtın Səbail rayonun Bibiheybət, Xəzər rayonunun Buzovna, Bakının Binəqədi, Abşeronun Masazır qəsəbələrində əhaliyə verilən təbii qazın həcmi kəskin şəkildə aşağı düşüb. Rayonlardan Yevlax şəhərində ümumiyyətlə əhali qaz üzünə həsrət qalıb.

Rayonun Firdovsi küçəsində sakinlər açıqlamalarında qazın təzyiqinin kəskin azalması üzündən mərkəzləşmiş istilik sistemində istilik qurğularının işləmədiyini söyləyiblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.