Cəmiyyət

Aran rayonları ağ örpəyə büründü - FOTO

31 Mart 2014 14:23
0 Şərh     Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Təbiət öz şıltaqlığnı bir daha göstərdi.

Milli.Az CTV-yə istinadən bildirir ki, ötən gün ölkənin bir çox ərazilərində olduğu kimi, aran bölgəsində də güclü qar yağıb. Səhər saatlarından yağmağa başlayan qar rayonlarda ciddi çətinliklər yaratmasa da, İmişli rayonunda bəzi yerlərdə elektrik verilişində fasilələr yaranıb. 

Bu aylarda yağan qarın aqrar təsərrüfata, eyni zamanda tumurcuqlu meyvə ağaclarına ziyan vurma ehtimalının yüksək olduğu bildirilir. Havanın temperaturu aşağı düşdüyü halda çiçəklər tələf ola, məhsuldarlıq azala bilər. Qeyd edək ki, hazırda İmişli, Kürdəmir və Saatlı rayonlarında havanın hərarəti 2 dərəcəyə kimi enib. Yağan qarın qalınlığı təxminən  2 - 3 sm-ə bərabər olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.