Cəmiyyət

Çörəyi zibillikdən çıxanlar - VİDEO

31 Mart 2014 13:52
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az EL TV-yə istinadən bildirir ki, Mingəçevir sakini, 74 yaşlı Xəzangül Abdullayeva 3 ildir, hər səhər üz tutur sovet dönəmindən qalan "Şüşə zavodu"nun balansındakı bağ massivinin ətrafındakı zibilliyə. Onun buraya gəlməkdə məqsədi zibillikdən boş butulkaları, sellofan torbaları, plastmas qabları və digər tullantıları toplamaq və onları sataraq pul qazanmaqdır.

Xəzəngül Abdullayeva deyir ki, indi onun qulluğunda nəvə-nəticə durmalıdır. Amma aldığı təqaüd ailəsinin dolanışığına kifayət etmir.  Bu səbəbdən də hər səhər bu zibilliyə gəlir. Tullantıları yığmaq  üçün zibilliyə gələn tək Xəzangül Abdullayeva deyil. Onun kimi hər səhər həmin əraziyə üz tutan başqaları da var. Onlar burada özlərinə istirahət etmək üçün yer də düzəldiblər. Orada istifadə olunmaqdan yırtılmış divanlar, odun sobası və digər ləvazimatlar var. Zibilliyə gələnlərin qazancları isə çox deyil.  Qeyd edək ki, həmin zibillik mal-qaranın və donuzların da qidalanma yeridir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.